Radio verilişlər
--“Azərbaycan səhəri”—hər gün, saat 06:00.
Radiomuz səhər efirini bu verilişlə açır. Saat 6-da başlayan iki saatlıq verilişdə Azərbaycanı, yurdumuzun təbii gözəlliklərini vəsf edən şerlər və mahnılar səsləndirilir, xalq mahnılarına və şux rəqslərə yer ayrılır.
--“Yeni gün”—I-VI günlər, saat 08:00.
Veriliş səhər saat 8-dən 12-dək canlı yayımlanır. Veriliş əsasən informasiya və musiqi üzərində qurulur. Hər gün dinləyiciyə səhər ovqatına köklənmiş, insanın yaşam tərzinə və maraq dairəsinə uyğun interaktiv sorğu təqdim olunur. İctimai televiziya və radioda gün ərzində yayımlanan verilişlərin anonsları çatdırılır. Bundan başqa dinləyicilərin teleradio verilişlərinə marağını öyrənmək məqsədilə onlara müxtəlif səpgili sorğular ünvanlanır. Verilişin bölümlərindən biri də Milli musiqi saatıdı.
-- “Əyləncə saatı ”—I-VI günlər, saat 13:10.
Canlı yayımlanan bu veriliş nahar fasiləsi zamanı insanları əyləndirmək məqsədi daşıyır. Həftənin ayrı-ayrı günləri Azərbaycan, türk, mahnılarının, duetlərin top 10-luğu təqdim olunur, bir sıra əyləncəli yarışmalar keçirilir. Dinləyicilərə şou-biznes və mədəniyyət sahəsində baş verən ən son yeniliklər çatdırır.
--“Xəbərdar” –I-VI günlər, saat 16:10.
Canlı yayımlanan proqramda günün sosial- iqtisadi mənzərəsi öz əksini tapır, ölkə və dünya birjalarındakı son durum, biznes dünyasından ən önəmli xəbərlər, dünya mətbuatının gündəmi, dünya şəhərlərinin hava durumu təqdim olunur. Əhalinin sosial problemləri, aktual mövzular ekspert və mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Həftənin şənbə günü isə özəl idman bölümü, türk dünyasından xəbərlər, əsgər saatı, Azərbaycan generalları, milli qəhrəmanlarımız haqqında silsilə söhbətlər təqdim olunur. Proqram boyunca səslənən ən yeni mahnılar, çox sevilən ifalar da dinləyicilərin zövqünə hesablanır. Veriliş son iki saatı pik vaxtına düşdüyü üçün tıxaclar barəsində məlumatlar, avtoyeniliklər, yollarla bağlı xəbərlər geniş yer alır.
--“İstək saat”—Bazar günü, saat 10:00
Canlı yayımlanan verilişin birinci bölümündə istəklərlə mahnılar səsləndirilir. İkinci bölümdə arzulanan müğənni studiyaya dəvət olunur və dinləyicilərin suallarını cavablandırır, ifalarını təqdim edir.
--“Həftə hit paradı”—Bazar günü, saat 13:10
Verlişdə həftə boyu ən çox arzulanan və səsləndirilən 30 mahnı yer alır. Bu mahnılar sıralanarkən dinləyici rəyləri də nəzərə alınır. Reytinqdə Azərbaycan, türk və əcnəbi mahnılar yer alır.
--“Həmişə istirahətdə”—Bazar günü, saat 16:10
Veriliş dinləyicilərin mənalı istirahətinə yönəlib. Proqram boyu Azərbaycan musiqisi və poeziyasının inciləri sayılan əsərlər, qadın saatı, itellektual yarışma təqdim olunur. Dinləyicilərin arzu və istəkləri əsasında mahnılar səsləndirilir.
--“Axşam oldu”—Axşam, saat 20:20
Hər axşam efirdə olan proqramın əsas hədəfi dinləyicilərin axşam istirahətini təmin etmək, hər kəsin zövqünə uyğun mahnılar səsləndirməkdir. Veriliş çərçivəsində müasir və klassik aşıqların ifaları, ustad aşıqların həyatı haqqında söhbətlər, dastanlar səsləndirilir, retro mahnılara, poeziya dəqiqələrinə yer ayrılır.
--“Gecənin aydınlığı”—Hər gün, saat 00:00
Veriliş hər gün 00-00-dan səhər saat 06-00-a qədər canlı yayımlanır. Bu saatlar ərzində dinləyici istəyilə mahnılar səsləndirilir, musiqi viktorinası təqdim olunur, maraqlı xəbərlər çatdırılır. Həftənin çərşənbə, şənbə və bazar günləri ölkə və dünya futbolu barəsində onlayn məlumatlar verilir.
Xəbər lenti
-
22 Fevral, 2012
Prezident İlham Əliyevin sərəncamı ilə Qusar RİH-ə 5 milyon manat ayrılıb -
22 Fevral, 2012
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası «e-mail hücum»a keçib -
22 Fevral, 2012
Dünyanın Xocalı qətliamına göstərdiyi etinasızlıq bizi ruhdan salmamalıdır -
22 Fevral, 2012
“Xocalıya ədalət” kampaniyası çərçivəsində bu həftə genişmiqyaslı tədbirlərə start veriləcək -
22 Fevral, 2012
Virtual İçəri Şəhər” turu istifadayə verilib -
22 Fevral, 2012
TBMM Xarici İşlər Komissiyasında Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar bəyanat qəbul olunub -
22 Fevral, 2012
Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb -
22 Fevral, 2012
Azərbaycan Ordusunun cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimləri davam edir
1
xəbər sayı
1 - 8
və
4288






