İctimai Televiziya və Radio Yayımları Şirkəti: Radio verilişlər Radio verilişlər ================================================================================ Fuzuli Majidli on 12 Dekabr, 2011 --“Azərbaycan səhəri”—hər gün, saat 06:00.Radiomuz səhər efirini bu verilişlə açır. Saat 6-da başlayan iki saatlıq verilişdə Azərbaycanı, yurdumuzun təbii gözəlliklərini vəsf edən şerlər və mahnılar səsləndirilir, xalq mahnılarına və şux rəqslərə yer ayrılır. --“Yeni gün”—I-VI günlər, saat 08:00.Veriliş səhər saat 8-dən 12-dək canlı yayımlanır. Veriliş əsasən informasiya və musiqi üzərində qurulur. Hər gün dinləyiciyə səhər ovqatına köklənmiş, insanın yaşam tərzinə və maraq dairəsinə uyğun interaktiv sorğu təqdim olunur. İctimai televiziya və radioda gün ərzində yayımlanan verilişlərin anonsları çatdırılır. Bundan başqa dinləyicilərin teleradio verilişlərinə marağını öyrənmək məqsədilə onlara müxtəlif səpgili sorğular ünvanlanır. Verilişin bölümlərindən biri də Milli musiqi saatıdı. -- “Əyləncə saatı ”—I-VI günlər, saat 13:10.Canlı yayımlanan bu veriliş nahar fasiləsi zamanı insanları əyləndirmək məqsədi daşıyır. Həftənin ayrı-ayrı günləri Azərbaycan, türk, mahnılarının, duetlərin top 10-luğu təqdim olunur, bir sıra əyləncəli yarışmalar keçirilir. Dinləyicilərə şou-biznes və mədəniyyət sahəsində baş verən ən son yeniliklər çatdırır. --“Xəbərdar” –I-VI günlər, saat 16:10.Canlı yayımlanan proqramda günün sosial- iqtisadi mənzərəsi öz əksini tapır, ölkə və dünya birjalarındakı son durum, biznes dünyasından ən önəmli xəbərlər, dünya mətbuatının gündəmi, dünya şəhərlərinin hava durumu təqdim olunur. Əhalinin sosial problemləri, aktual mövzular ekspert və mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Həftənin şənbə günü isə özəl idman bölümü, türk dünyasından xəbərlər, əsgər saatı, Azərbaycan generalları, milli qəhrəmanlarımız haqqında silsilə söhbətlər təqdim olunur. Proqram boyunca səslənən ən yeni mahnılar, çox sevilən ifalar da dinləyicilərin zövqünə hesablanır. Veriliş son iki saatı pik vaxtına düşdüyü üçün tıxaclar barəsində məlumatlar, avtoyeniliklər, yollarla bağlı xəbərlər geniş yer alır. --“İstək saat”—Bazar günü, saat 10:00Canlı yayımlanan verilişin birinci bölümündə istəklərlə mahnılar səsləndirilir. İkinci bölümdə arzulanan müğənni studiyaya dəvət olunur və dinləyicilərin suallarını cavablandırır, ifalarını təqdim edir. --“Həftə hit paradı”—Bazar günü, saat 13:10Verlişdə həftə boyu ən çox arzulanan və səsləndirilən 30 mahnı yer alır. Bu mahnılar sıralanarkən dinləyici rəyləri də nəzərə alınır. Reytinqdə Azərbaycan, türk və əcnəbi mahnılar yer alır. --“Həmişə istirahətdə”—Bazar günü, saat 16:10Veriliş dinləyicilərin mənalı istirahətinə yönəlib. Proqram boyu Azərbaycan musiqisi və poeziyasının inciləri sayılan əsərlər, qadın saatı, itellektual yarışma təqdim olunur. Dinləyicilərin arzu və istəkləri əsasında mahnılar səsləndirilir. --“Axşam oldu”—Axşam, saat 20:20Hər axşam efirdə olan proqramın əsas hədəfi dinləyicilərin axşam istirahətini təmin etmək, hər kəsin zövqünə uyğun mahnılar səsləndirməkdir. Veriliş çərçivəsində müasir və klassik aşıqların ifaları, ustad aşıqların həyatı haqqında söhbətlər, dastanlar səsləndirilir, retro mahnılara, poeziya dəqiqələrinə yer ayrılır. --“Gecənin aydınlığı”—Hər gün, saat 00:00 Veriliş hər gün 00-00-dan səhər saat 06-00-a qədər canlı yayımlanır. Bu saatlar ərzində dinləyici istəyilə mahnılar səsləndirilir, musiqi viktorinası təqdim olunur, maraqlı xəbərlər çatdırılır. Həftənin çərşənbə, şənbə və bazar günləri ölkə və dünya futbolu barəsində onlayn məlumatlar verilir.