Xanımların gözəlliyi saçlarındadır
Bəs onlara necə qulluq etməli və necə qorumalı?
Hələ qədim dövrlərdən qadınlar müxtəlif üsullarla saçların qeydinə qalmağa çalışıblar. Necə etməli ki, saçlar gözəlliyini, təravətini, yumuşaqlığını və rəngini qoruyub, saxlaya bilsin. Adətən, bunun iki üsulu olub: təbii və süni yollarla. Son dövrlərdə xanımlar əsasən bunlardan birinə, təbii üsula üstünlük verirlər.
Belə ki, əgər saçlarınızı qoruyub, təravətini saxlamaq istəyirsizsə, heç də müxtəlif tibbi preparatlara və bahalı kosmetik üsullara əl atmaq vacib deyil. Sadəcə xalq təbabətinə müraciət etmək kifayətdir. Tanınmış qərb təbabətçilərinin qənaətincə, qırmızı bibərdən hazırlanmış müxtəlif reseptlərə müraciət etməyiniz kifayətdir. Qırmızı bibərdən hazırlanmış bu reseptlər saçları yumşaq, təravətli saxlayır və ən əsası isə onların tez uzanmasına kömək edir. Müasir kosmetoloqlar keçmişə əsaslanıb, bu balzam və maskaların reseptlərini xanımlara yenidən təqdim edirlər:
1) 5-6 dilim qırmızı bibəri xırda-xırda doğrayıb, üstünə müəyyən miqdarda araq və ya spirt tökün. Bu qatışığı bir həftə qoyun, qalsın. Sonra saçları bunula həftədə 1-2 dəfə yaxalayın.
2) 1 xörək qaşığı əzilmiş qırmızı bibərə, 20-30 ml konyak, 1 xörək qaşığı bitki yağı, 2-3 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı bal və1 yumurta sarısını əlavə edərək, bunları yaxşıca qarışdırın. Alınan məhlulu saçların dibinə sürtüb, üstünə polietilen paket çəkərək, dəsmalla örtün. 30 dəqiqədən sonra , saçları şampunla yuyun. Bunu ay ərzində həftədə iki dəfə təkrar edin.
Əziz xanımlar, saçlarınızın qeydinə qalın, çünki hər bir xanımın gözəlliyi onun saçlarındadır. www.itv.az
-
11 Fevral, 2012
Səudiyyə Ərəbistanının Suriya ilə bağlı yeni qətnamə layihəsi BMT TŞ-nin üzvləri arasında yayılıb -
11 Fevral, 2012
İrana hücum fəlakətə səbəb olacaq -
11 Fevral, 2012
Son 10 ildə Ermənistanı tərk edənlərin sayı rekord həddə çatıb -
11 Fevral, 2012
Erməni silahlı qüvvələri cəbhə xəttində atəşkəsi yenidən pozub -
11 Fevral, 2012
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimova vəfat edib -
11 Fevral, 2012
Eurovision 2012 üçün akkreditasiyanın vaxtı açıqlandı -
11 Fevral, 2012
Bu gün Bakıda çovğun gözlənilir -
11 Fevral, 2012
Azərbaycan ərazisində bütün avtomobil yolları açıqdır






