BAŞ SƏHİFƏ | Sağlamlıq | 11 mart Ümumdünya Böyrək Günüdür

11 mart Ümumdünya Böyrək Günüdür

Şrift ölçüsü: Decrease font Enlarge font

Dünyada 500 milyondan çox insan böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir

Hazırda dünyada 500 milyondan çox insan xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Bu rəqəmin getdikcə artmasından ciddi narahatlıq keçirən mütəxəssislər qüvvələrin birləşməsi və müvafiq tədbirlərin tezləşdirilməsinin zəruriliyini bildirirlər. Əlamətdar gün münasibətilə ilə Bakıda keçirilən toplantıda qeyd olunub ki, hazırda Azərbaycanda 800-dən artıq şəxs xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Bildirilib ki, Səhiyyə büdcəsinin 7,6%-i bu xəstəliklə mübarizəyə ayırılıb. Ötən il ölkəyə ümumilikdə 70 ədəd olan hemodializ aparatı gətirilib və səmərəli tədbirlərin görülməsi üçün müvafiq tədbirlər davam etdirilir.   

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az