Arxiv
first first İyul, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
Baş səhifə | SİYASƏT | Qazaxstan münaqişələrin həlli ilə bağlı müəyyən proqramlara sahibdir

Qazaxstan münaqişələrin həlli ilə bağlı müəyyən proqramlara sahibdir

Şrift ölçüsü: Decrease font Enlarge font

Dağlıq Qarabağ münaqişəsi mərhələli şəkildə həllini tapmalıdır

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - SİSA-nın işçi qrupunun Bakıda keçirilən iclası başa çatıb. İclasın yekunlarına dair mətbuat konfransında çıxış edən Qazaxıstan xarici işlər nazirinin müavini Nurlan Yermekbayev bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub. 
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə-SİSA-nın işçi qrupunun Bakıda keçirilən iclası başa çatıb. İclasın yekunlarına dair mətbuat konfransında çıxış edən Qazaxıstan xarici işlər nazirinin müavini Nurlan Yermekbayev bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunub. 

Bakıda təşkil olunan tədbirin yekunlarına dair keçirilən mətbuat konfransında Qazaxıstanın xarici işlər nazirinin müavini Nurlan Yermekbayev bildirdi ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə-yəni SİSA-nın üzvü və təsisçilərindən  olan Azərbaycan yalnız sənədlərin hazırlanmasında deyil, tədbirlərin keçirilməsində də fəal iştirak edir. Onun sözlərinə görə, bu iclasın əsas məqsədi təşkilatın iyunun 8-də İstanbulda keçiriləcək növbəti sammitiə hazırlıqdır. Qurumun 2010-2011-ci illər üzrə fəaliyyət planında iri layihələrin həyata keçirilməsi nəzərdə tutulub. SİSA-nın əsas diqqət mərkəzində olan isə iqtisadi layihələr-xüsusi ilə kiçik və orta biznesin inkişafına dair proqramlardır. Nazir müvini bildirdi ki, Türkiyədə baş tutacaq sammitdə  Avropa və Asiyada təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək. Yəni bu tədbir bir növ ATƏT-in Asiya tərəfdaşları ilə əməkdaşlıq xarakteri daşıyacaq. Curnalistlərin suallarını cavablandıran Nurlan Yermekbayev  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Qeyd etdi ki, ATƏT-ə sədrlik edən Qazaxıstan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə necə nail olunması üzərində çalışır.  

Nurlan Yermekbayev: SİSA təşkilatı fəaliyyəti dövründə regionda hərbi siyasi vəziyyəti diqqətdə saxlasa da, konkret hansısa münaqişənin  nizamlanmasında birbaşa vasitəçi rolu oynamır.  Amma  Qazaxstan ATƏT-ə sədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini nəzərdən keçirir. Hazırda rəsmi Astana problemin tənzimlənməsinə və irəliləyişə gətirib çıxaracaq variantlar üzərində işləyir. 

Nurlan Yermekbayev bildirdi ki, Qazaxstan münaqişələrin həlli ilə bağlı müəyyən proqramlara sahibdir. Lakin həmin münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi mərhələli şəkildə həllini tapmalıdır.
© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az