İsmayıl Ömərov
Ömərov İsmayıl Abbas oğlu 1954-cü il fevralın 20- də Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olmuşdur. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlamışdır. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçmişdir. “Blokada”, “Əsrin faciəsi”, “Qanlı yanvar”, “Qarabağ düyünü” və.s teleserialların müəllifi və aparıcısı olmuşdur. 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin araşdırıcısıdır.
Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnmişdir.
2000-2005-ci illərdə ikinci çağırışla Milli Məclisin deputatı olmuşdur.
2005- ci aprel ayının 16 -da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilmişdir. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu yaratmışdır.
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar” Dövlət Komissiyasının üzvüdür. “Qızıl qələm” və “Araz” mükafatlarının laureatıdır.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.
10 noyabr 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
-
21 May, 2012
Xəzər dənizinin sahilində «Rusiya gecəsi» keçirilib -
21 May, 2012
Eurovision Mahnı Müsabiqəsi 2012-nin postkardları nümayiş etdirilib -
21 May, 2012
Qəzəl janrının yaranmasının 70 illiyinə həsr olunan tədbir keçirilib -
21 May, 2012
Bakıda “Musiqi və Xalq sənəti həftəsi” sərgisinə start verilib -
21 May, 2012
Ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin ilkin statistikası açıqlanıb -
21 May, 2012
Fransa Eurovision 2012 təmsilçisi itv.az saytına eksklüziv müsahibə verib -
21 May, 2012
Aqşin Əlizadə “Şərəf” ordeni ilə təltif edilib -
21 May, 2012
İnternet hüququ və informasiya təhlükəsizliyi ilə bağlı seminar keçirilib






