Çingiz Aslanov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavinidir. Telejurnalistdir. 30 ildən çoxdur televiziya sahəsində çalışır. “Qızıl Qələm” və “Araz” mükafatları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalistidir. |
Elman Qədirov İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalistdir. 30 ilə yaxındır ki, mətbuat sahəsində çalışır. Ölkənin aparıcı qəzetlərində və “AzərTAc” informasiya agentliyində rəhbər vəzifədə işləyib. “Qızıl qələm” mükafatı laureatıdır. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir. Yüzlərlə publisistik və analitik yazıları dərc olunub. Azərbaycan Respublikasının əməkdar jurnalistidir. |
Rafiq Nəbiyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Koordinasiya və Proqram direktorluğu"nun direktorudur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun müddət Azərbaycan Dövlət Teleradio Şirkətində şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının əməkdar jurnalistidir. |
Natiq Abdullayev İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Musiqi və əyləncəli verilişlər” departamentinin direktorudur. Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirib. İqtisad elmləri namizədidir. 1992-ci ildən İTAR-TASS, Azərinforum agentliklərində jurnalist fəaliyyətinə başlayıb və müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1995-ci ildən AzTV-böyük redaktor vəzifəsində işləyib. Azərbaycan Respublikasının əməkdar jurnalistidir. |
Anar Yusifoğlu İctimai Televiziyanın “Analitik Proqramlar" departamentinin direktorudur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. “ANS” Müstəqil Teleradio Yayımları Şirkəti, “525-ci qəzet”, “Sara” Teleradio Şirkəti, “Qanun” jurnalında çalışıb. |
Cəsarət Valehov İctimai Televiziyanın "Gənclər, elm və təhsil verilişləri" departamentinin direktorudur. Qərb Universitetini, Prezident Yanında İdarəçilik Akademiyasının magistraturasını, Azərbaycan Universitetinin beynəlxalq münasibətlər üzrə magistraturasını bitirib. Qərb Universitetinin baş müəllimidir. Filologiya üzrə fəlsəfə doktorudur. BDU-nun hüquq fakültəsini bitirmişdir. H.Zərdabi mükafatına layiq görülmüşdür. AMEA-nın fəlsəfə, Siyasi və Hüquq Tədqiqatlar İnstitutunda elmi işçi, Azərbaycan Dövlət Teleradio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıb. |
Rafiq Səməndər İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçı film” yaradıcılıq birliyinin baş redaktorudur. Yazıçı-jurnalistdir. 35 ildir mediada çalışır. BMTİ, “Dünya” TV, Lider televiziyalarında baş redaktor işləyib. 20 bədii əsərin və 25 pyesin müəllifidir. 20 Yanvar Şəhidlərinə həsr olunmuş 150 min tirajla çap olunmuş “Şəhidlər” kitabının müəllifidir. Azərbaycan Respublikasının əməkdar jurnalistidir. |
Qərənfil Xəlilova İctimai Televiziya və Radio Yayımları Şirkəti “Carçıfilm” yaradıcılıq birliyinin direktorudur. Jurnalistdir. 24 il Dövlət Teleradiosunda çalışıb. Siyasi elmılər namizədidir. Əməkdar jurnalistdir. Jurnalistlər Birliyinin və digər ictimai təşkilatların mükafatlarına layiq görülüb. |
Əlişov Fazil İctimai Televiziya və Radio yayımları Şirkətində Televiziya və Radio kompleksinin rəisidir. Azərbaycan Politexnik İnstitunun məzunudur. Əmək fəaliyyətinə 1974-cü ildən başlamışdır. Uzun müddət Azərbaycan Dövlət Teleradio Şirkətində çalışmışdır. Bir neçə televiziya şirkətində Texniki direktor vəzifəsində işləmişdir. Uzun müddət paralel olaraq Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub. "Əməkdar mühəndis" fəxri adı ilə təltif olunmuşdur. |
İlham Sərxanlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya departamentinin direktorudur. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini və Akademiyanın «Dünyanın siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi» istiqaməti üzrə magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. |
Şəfəq Nəcəfova İctimai Televiziya və Radio Yayımları Şirkətinin Maliyyə və marketinq departamentinin direktorudur. |
Səidə Musabəyli Səidə Musabəyli Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk televiziya təcrübəsini tələbəlik illərində Azərbaycan Dövlət Televiziyasında keçib. Təhsilini başa vurduqdan sonra da AzTV-nin “Səhər” proqramları redaksiyasında müxbir, aparıcı, redaktor vəzifələrində çalışıb. 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Səhər Proqramları departamentinə rəhbər təyin olunub. “İlin qadın jurnalisti”, C.Cabbarlı adına mükafat, Qırğızstan Respublikasının, TÜRKSOY-un xüsusi mükafatlarına layiq görülüb. |
Füzuli İsmayılov İTRYŞ-nin Kino və dublyaj departamentinin direktorudur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ildən İctimai Televiziyada müxtəlif vəzifələrdə çalışıb. Tarix üzrə fəlsəfə doktorudur. |
İmir Məmmədov İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktorudur. Tiflis Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Yazıçı, Gürcüstan Dövlət mükafatı laureatıdır, Şərəf ordeni kavaleridir. Əmək fəaliyyətinə 1985-ci ildə Gürcüstan Dövlət Teleradio Yayımları Komitəsində jurnalist kimi başlayıb, Gürcüstan prezidentinin Regional Siyasət və İdarəetmə xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib. Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvüdür. Dünya azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. |