Google TV fəaliyyətə ilin sonunda başlayacaq
Servisin dünyaya yayımı isə 2011-ilə nəzərə tutulub
İtv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Google TV televiziya servisi öz fəaliyyətinə ABŞ-da ilin sonunda başlayacaq. Bu haqda şirkətin rəhbəri Erik Şmidt məlumat verib.
Servisin dünyaya yayımı isə 2011-ilə nəzərə tutulub. Bununla yanaşı Şmidt onu da vurğulayıb ki, Google TV servisindən faydalanan istifadəçilər üçün bu xidmət pulsuz olacaq.
Məlumata görə, Google öndə gedən şirkətlərlə- elektronika və kontent istehsalçıları ilə əməkdaşlıq edir. Qeyd edək ki, Google teleservisin əvvəlki ilk partnyorlarından Yaponiyanın “Sony” və İsveçrənin “Logitech” şirkətlərinin adı açıqlanıb.
İsveçrə şirkəti Google TV üçün “Revue” adlı video-qurğu buraxacaq. Google TV-nin dəstəklənməsində Samsung şirkəti də maraqlıdır.
Xatırladaq ki, Google TV-nin platforması 2010-cu ilin may ayında təqdim olunub. Plana görə, istifadəçilər internet-videoya baxmaqla yanaşı, şəbəkədə televizor köməkliyi ilə işləyə bilərlər. Bir çox televizor modellərinin Google TV-ni birbaşa dəstəklənməsi gözlənilir. Qalan televizor modelləri üçün isə xüsusi video-qurğu istifadəsi lazım olacaq.
Xəbər lenti
-
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək" -
11 Fevral, 2012
Prezident İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib -
11 Fevral, 2012
Tovuz rayonunda torpaq sürüşməsi baş verib -
11 Fevral, 2012
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 20 il keçir -
11 Fevral, 2012
Azərbaycan İrəvanın tarixi mərkəzinin bərpası üçün Ermənistana köməyini təklif edib -
11 Fevral, 2012
Yaxın vaxtlarda Argentinanın Azərbaycanda səfirliyi açılacaq -
11 Fevral, 2012
"Qaranlıqlar çiçəyi", 6-cı seriya (II hissə) -
11 Fevral, 2012
Rəcəb Tayyib Ərdoğan növbəti dəfə əməliyyat olunub
1
xəbər sayı
1 - 8
və
3791






