İctimai Televiziya və Radio Yayımları Şirkəti: Google TV fəaliyyətə ilin sonunda başlayacaq Google TV fəaliyyətə ilin sonunda başlayacaq ================================================================================ Füzuli Məcidli on 08 Sentyabr, 2010 İtv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Google TV televiziya servisi öz fəaliyyətinə ABŞ-da ilin sonunda başlayacaq. Bu haqda şirkətin rəhbəri Erik Şmidt məlumat verib. Servisin dünyaya yayımı isə 2011-ilə nəzərə tutulub. Bununla yanaşı Şmidt onu da vurğulayıb ki, Google TV servisindən faydalanan istifadəçilər üçün bu xidmət pulsuz olacaq. Məlumata görə, Google öndə gedən şirkətlərlə- elektronika və kontent istehsalçıları ilə əməkdaşlıq edir. Qeyd edək ki, Google teleservisin əvvəlki ilk partnyorlarından Yaponiyanın “Sony” və İsveçrənin “Logitech” şirkətlərinin adı açıqlanıb. İsveçrə şirkəti Google TV üçün “Revue” adlı video-qurğu buraxacaq. Google TV-nin dəstəklənməsində Samsung şirkəti də maraqlıdır. Xatırladaq ki, Google TV-nin platforması 2010-cu ilin may ayında təqdim olunub. Plana görə, istifadəçilər internet-videoya baxmaqla yanaşı, şəbəkədə televizor köməkliyi ilə işləyə bilərlər. Bir çox televizor modellərinin Google TV-ni birbaşa dəstəklənməsi gözlənilir. Qalan televizor modelləri üçün isə xüsusi video-qurğu istifadəsi lazım olacaq.