Bu gün Bakıda I Milli İnternet Forum işə başlayır
Forum iki gün davam edəcək
İki gün davam edəcək tədbir Azərbaycanda internet sektorunun inkişafının perspektivləri, internet tv və internet radio, mobil internet, internetdə sosial xidmətlər, Azərbaycanda texnoparkın yaradılmasının məqsədəuyğunluğu, axtarış texnologiyaları üzrə lokal qərarlar, internet biznes: “Yeni iqtisadiyyat”ın qaydaları, elektron kommersiya və digər məsələlərin müzakirəsinə həsr olunub.Forum çərçivəsində “Ən yaxşı internet layihə” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi də keçiriləcək.






