İctimai Televiziya və Radio Yayımları Şirkəti: İlk personal kompüteri yaradana Tyurinq mükafatı verilib İlk personal kompüteri yaradana Tyurinq mükafatı verilib ================================================================================ Natiq Aliyev on 10 Mart, 2010 İtv.Az xəbər verir ki, “Association for Computing Machinery” təşkilatı 2009-cu ilin mükafatını təqdim edib. 1973-cü ildə “Alto” ilk personal kompyuteri yaradan Çarlz Taker informatika sahəsində Nobel mükafatına layiq görülüb. Takerin nailiyyətləri sırasında lokal şəbəkə, Eternet texnologiyası, multiprossesorlu iş satansiyaları, keşlər və planşentli kompüterlər kəşfi var. Hal-hazırda Taker “Microsoft” texniki birliyinin üzvüdür. Bu titula o, internet sahəsində xüsusi xidmətlərinə görə yiyələnib. Taker həm də “Microsoft Tablet PC “ planşetli kompüterin hazırlanmasında da iştirak edib.Onun yaratdığı “Alto” kompüteri bir çox müasir keyfiyyətlərə sahibdir. Qeyd edək ki, Tyurinq mükafatı hər il təqdim olunur. Mükafatın məbləği 250 min dollardır.2008-ci ildə bu mükafata ilk abstraksiyalı proqram nitqini yaradan Barbara Liskov layiq görülmüşdü.