İctimai Televiziya və Radio Yayımları Şirkəti: “MySpace” “Facebook”u keçməkdə qərarlıdır “MySpace” “Facebook”u keçməkdə qərarlıdır ================================================================================ Natiq Aliyev on 10 Mart, 2010 İtv.Az Reuters-ə istinadən xəbər verir ki, “MySpace” sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin sayını 200-300 milyona çatdırmaq fikrindədir. Bunun üçün yaxın həftələrdə “MySpace”də yeniliklərin olacağı gözlənilir. Sayt rəhbərliyi 400 milyon istifadəçisi olan “Facebook”u keçməkdə qərarlıdır.Yeni saytda daha çox musiqi və media xarakterli materiallar yer alacaq. İstifadəçilər başqalarının bölüşdüyü musiqiləri də dinləyə biləcəklər. Bu və digər yeniliklər sayəsində saytı tərk etmiş istifadəçiləri geri qaytarmaq və yenilərini cəlb etmək hədəflənir. Məlumat üçün bildirək ki, 2009-cu ildə “MySpace” saytı yenidən quruldu. Saytda ixtisarlar oldu, bəzi ölkələrdə olan bölmələri bağlandı. 2010-cu ilin yanvar ayına olan məlumata görə “MySpace” şəbəkəsində istifadəçilərin sayı 119,6 milyon nəfər olub. Bu göstərici ümumilikdə ötən ilə nisbətən 7,4 faiz az olsa da, noyabr ayı ilə müqayisədə çoxdur. Noyabr ayında şəbəkənin istifadəçilərinin sayı 108,1 milyona düşmüşdü.