Üç ekranlı kompüter
Yeni qurğunu mobil telefon, mediapleyer və ya televizor kimi istifadə etmək olar
“Qualcomm” şirkəti üç sensor ekranla təchiz olunan qatlanan planşet kompüter üzərində işləyir. Açılma istiqamətindən asılı olaraq yeni qurğunu mobil telefon, mediapleyer və ya televizor kimi istifadə etmək olar.
Yeni mobil qurğu ABŞ Patent Bürosuna (USPTO) təqdim olunmuş patent ərizəsində qeyd olunub. İnterfeysi avtomatik sürətdə dəyişiləcək planşet istifadəçilər tərəfindən çox tələb olunan bir neçə funksiyaları özündə birləşdirəcək. Açılmış qaydada üç ekran özündə televizoru, bağlanmış formada isə sensor ekranlı mobil telefonu əks etdirəcək. Planşet həmçinin səsli saat və əlavələrlə işləmək üçün mobil kompüter kimi də istifadə oluna biləcək. Belə vəziyyətdə ekranlardan biri müəyyən mövqedə sensor klaviatura rolunu oynayacaq.
“Qualcomm”un patent ərizəsində yeni planşetin texniki xüsusiyyətləri barədə hər hansı bir məlumat yoxdur.
Xəbər lenti
-
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək" -
11 Fevral, 2012
Prezident İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib -
11 Fevral, 2012
Tovuz rayonunda torpaq sürüşməsi baş verib -
11 Fevral, 2012
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 20 il keçir -
11 Fevral, 2012
Azərbaycan İrəvanın tarixi mərkəzinin bərpası üçün Ermənistana köməyini təklif edib -
11 Fevral, 2012
Yaxın vaxtlarda Argentinanın Azərbaycanda səfirliyi açılacaq -
11 Fevral, 2012
"Qaranlıqlar çiçəyi", 6-cı seriya (II hissə) -
11 Fevral, 2012
Rəcəb Tayyib Ərdoğan növbəti dəfə əməliyyat olunub
1
xəbər sayı
1 - 8
və
3791






