BAŞ SƏHİFƏ | DEPARTAMENTLƏR | "Carçı-film" yaradıcılıq birliyi | “Carçı film” yaradıcılıq birliyi

“Carçı film” yaradıcılıq birliyi

Şrift ölçüsü: Decrease font Enlarge font


 “Carçı film” yaradıcılıq birliyi İctimai Televiziyanın nəzdində sırf film istehsalı ilə məşğuldur. Mövcud olduğu beş il ərzində beş yüzdən çox bədii, sənədli və televiziya filmi çəkilib. Azsaylı xalqların həyatına, adət-ənənələrinə, tarixi abidələrimizə, Novruz və Yeni il şənliklərinə eləcədə tanınmış sənətkarların həyat və yaradıcılığına həsr olunan tammetrajlı filmlər müxtəlif vaxtlarda İctimai Televiziya vasitəsilə yayımlanıb. Bu filmlərdən bir neçəsinin qeyd olunması kifayətdir ki, bədii yükü haqqında tamaşaçı məlumatlansın.

Sənədli filmlər
1. Nuru Paşa 
2. Nəriman Nərimanov 
3. Həsən bəy Zərdabi 
4. Səməd bəy Mehmandarov
5. Abbas Zamanov 
6. Mir Cəlal Paşayev və sairə

Tarixi sənədli filmlər  
1. İçəri şəhər 
2. Dərbənd Qalası 
3. Naxçıvan və Ordubad abidələri 
4. Nüşabə Qalası 

İncəsənət xadimləri haqqında filmlər
1. Adil İskəndərov 
2. Leyla Bədirbəyli 
3. Hökümə Qurbanova
4. Sidqi Ruhulla 
5. Lütfəli Abdullayev 
 
Bədii filmlər 
1. Sonuncu dərviş (Dahi rəssam Səttar Bəhlulzadəyə həsr olunub)
2. M.Cəlil - “Saqqallı uşaq”
3. S.Ə.Şirvani - “Ehsan”
4. İlqar Fəhmi - "Məcnunlar"
5. İsa Hüseynov, Qərənfil Xəlilova “Yanlış da bir naxışdır”
6. Ramiz Rövşən “Dekabrın son günü”
7. Rafiq Səməndər “Köhnə həyətdə yeni il”
8. İmir Məmmədli “Balqabaq”, "Sovqat"
9. Cavid Təvəkküloğlu “Əzizim Fellini”

 
Bakının dünəni, bugünü və sabahı
Bakı vaxtı silsiləsi 
Müəllif və aparıcı Müsəllim Həsənov 

1. Bakı vaxtı 
Verilişdə 1859-cu ildə Şamaxıda zəlzələ baş verməsi ilə əlaqədar Bakının quberniya mərkəzinə çevrilməsi tarıxındən bəhs olunur. 

2. İstiqlaliyyət Küçəsi 
Verilişdə Bakının əsas küçələrindən biri olan İstiqlaliyyət (keçmiş Nikolayevsk) küçəsinin salınma tarixindən bəhs olunur. 

     
3. İsmailliyə binası 
 Verilişdə “İsmailliyyə” binası kimi tanınan Azərbaycan MER-nın Rəyasət Heyəti binasının tikilmə tarixindən və memarlıq xüsusiyyətlərindən söhbət açılır. 

4. 42-ci ilin isti yayı
  Verilişdə İkinci Dünya Müharibəsi illərində Bakı neftinə sahib çıxmaq istəyən Qərb ölkələri liderlərinin Bakını partlatmaq, dağıtmaq planlarından söhbət açılır.
 
5. Filarmoniya binası   
Verilişdə Azərbaycan Dövlət Filarmoniyası binasının tikilməsindən, eləcə də Filarmoniya bağının salınması tarixindən bəhs olunur.

6. Azərbaycan prospekti  
Verilişdə Bakının ən qədim küçələrindən olan keçmiş Bazarnaya indiki Azərbaycan prospektinin salınma tarıxındən bəhs olunur.

7. Opera və Balet teatrı   
Verilişdə opera və balet teatrının tikilmə tarixindən, bu binanın inşası ilə bağlı gəzən söz-söhbətlərdən, ötən əsrin 80-ci illərində teatrın yandırılmasından söhbət açılır. 
  
Gələcəkdə çəkiləcək filmlər 

"Qarabağnamə"
Çoxseriyalı bədii televiziya filmi
Filmdə günümüz üçün aktual olan tarixi mövzudan -Qarabağ xanlığının yaranmasından , Qarabağa olan çoxsaylı hərbi yürüşlərdən,Qarabağ xanlığının banisi Pənahəli xanın və onun varisi İbrahimxəlil xanın yadelli işğalçılara qarşı mübarizəsindən , həmin dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən bəhs olunur. Film Qarabağ xanlığının təşəkkülündən başlamış süqutunadək -Rusiya ilə İran arasında bağlanmış və Azərbaycanın ikiyə bölünməsinə səbəb olmuş Gülüstan və Türkmənçay müqavilələrinədək olan böyük bir dövrü əhatə edir. Filmin ideyası Qarabağı əzəli Azərbaycan ərazisi olduğunu tarixi faktlara və sənədlərə, həmin dövrün yazılı mənbələrinə əsaslanaraq açıb göstərmək məqsədindən qaynaqlanır. 
 
Filmin ssenarisində Rusiya, İran və Osmanlı dövlətlərinin Qafqaza, o cümlədən Qarabağa sahib olmaq uğrunda apardığı amansız mübarizə də öz əksini tapır. Bu mübarizədən yararlanmağa çalışan erməni liderlərinin törətdiyi fitnə-fəsadlar, təxribatlar müxtəlif səhnələrlə və film elementləri ilə açılıb göstərilir. Belə bir tarixi fakt öz əksini tapır ki, ermənilər bu ərazilərə Qarabağ xanlığının təşəkkülündən xeyli sonra İran və Türkiyədən kütləvi şəkildə verilir. Rusiya imperatorlarının bilavasitə himayədarlığı, Qafqazddakık canişinlərlə məxfi yazışmaları, Qarabağ xanlarının bu niyyətin qarşısını almaq üçün göstərdiyi cəhdlər tarixi-bədii formada həllini tapır.
   Film geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulub. Qarabağın uzaq keçmişinə işıq salmaq məqsədi daşıyanfilmin ssenarisi Mirzə Camal Cavanşirin “Qarabağ tarixi”, Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərlrinin, Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” tarixi romanının motivləri əsasında işlənib. 
 
Filmin ideya müəllifi İsmayıl Ömərov,ssenari müəllifləri İsmayıl Ömərov və Elman Qədirli, məsləhətçi AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Qasım Hacıyevdir. Filmin çəkilişi rejissor Hacı Əbdül Mahmudbəyova həvalə olunub. Bəstəkarı Arif  Məlikov,baş rəssamı Tahir Tahirovdur.
 
Film 7 seriya nəzərdə tutulub. Hər seriyanın xronometrajı təxminən 60 dəqiqədir. Hazırda rejissor ssenarisi üzərində hazırlıq işləri və aktyor seçimi aparılır. Filmdə respublikanın tanınmış aktyorlarının iştirakı nəzərdə tutulur. Filmin çox hissəsi pavilyonlarda və bəzi epizodları təbiət qoynundad çəkiləcək. 
    
“Döngələr”
çoxseriyalı bədii televiziya filmi
80-ci illərdən başlayaraq bu günlərə kimi yaşanan tariximizin kiçik bir ekran mənzərəsi. Ən yaxın tariximizin bədii bir parçası.
......Uzaq bir dağ rayonunda insanlar adi sovet həyatı yaşayır. Sevən sevir, işləyən işləyir.Rayonun 1-ci katibi partiyanın tapşırıqlarını vicdanla yerinə yetirir. 37-ni yaddan çıxarmır. Xalqını, torpağını sevir. 
Zaman keçir, demokratiya, istiqlalyelləri bu dağlara dagəlib çıxır. Və hər şey bundan sonra başlanır. 20 Yanvar, Qarabağ,meydan döngələri və daha nələr, nələr...
Bu yollarda yaxşı yaxşı olaraq qalır, ppis elə pisliyini davam etdirir. Çünki yaxşı adamı qovaraq namərd eləmək istəsələr də, o nəslində ,kökündə yaxşılıq varsa,heç vaxt murdar ola bilməz . Pis isə heç vaxt yaxşı ola bilməz . “Döngələr” çoxseriyalı bədii filmin əsas ana xəttidə məhz budur. 
Flmin ssenari müəllifləri İsmayıl Ömərov və Rafiq Səməndərdir. Quruluşcu rejissor Cavid Təvəkküloğludur. Filmin çəkimləri Azərbaycanın müxtəllif rayonlarında, Rusiyada, Türkiyədə, Dubayda aparılır. Filmdə baş rollarda Eldəniz Rəsulov, Abbas Qəhrəmanov və başqaları çəkilib.  

Edqar Po “Dalan”
Bu televiziya filmi məşhur Amerika yazıçısı Edqar Ponun “Daxili ziddiyətlər” novellasınınn motivləri əsasında çəkilir. İctimai Televiziyanın “Carçı-film” yaradıcılıq birliyi dünya ədəbiyyatının ən yaxşı nümunələrinə də tez-tez müraciət edir. Bunlardan biri də “Dalan” əsəridir. 
 
Mənəvi təmizlik filmin əsassüjet xəttidir:Varlı bir yataq xəstəsinə qulluq edən kasıb bir qız günlərin bir günündə sözün əsl mənasında şoka düşür. Kirayə qaldığı evin pulunu ödəməyə belə imkanı olmayan bu qıza həmin varlı xəstə bütün var-dövlərini vəsiyyət edir. Yataq xəstəsi ölmək bilmir. Qızın isə səbri tükənir. Bəs nə etməli? Sualın cavabı aydındır. 
Filmin ssenari müəlllifi və rejissoru Nəsimi Əliyevdir. Baş rollarda Fizzə Nadirova, Əli Namaz və başqalrəı çəkilib. Çəkilişlər artıq başlanıb. 


Anar “Qırmızı Limuzin”  
Psixoloji bir hekayədir. Əsərin qəhrəmanı qocaman jurnalist Osmandır. Günlərin bir günü osmanı hər addımını qırmızı bir limuzin izləməyə başlayır. Və elə bu qırmızı limuzin də onun axırına çıxır. Niyə bu maşın məhz qırmızıdır? Niyə Osman qırmızı rəngin qurbanı olur?
Tələsməyin! İctimai televiziyanın efirindən görəcəksiniz.

Sənədli detektiv-Sınmış talelər
Əslində sevərək evlənsək də, mübahisələr ailə həyatımızın bir tərkib hissəsinə çevrilir. Mübahisələrin olmadığı ailə tapmaq çox çətindir. Sığorta şirkətləri ailələri baş verə biləcək  münaqişələrdən qorumaq üçün sığortalamağa ehtiyat edirlər. Ailə quran hər kəs mehribanlıq və sevgi ilə əhatə olunan bir mühit və səmimi münasibətlər gözləyirlər. Təəssüf ki, çox vaxt qurulan ailələr gözlənilən nəticəni vermir. “Sənədli detektiv” də boşanma hallarının artması və onun əsas səbəbləri araşdırılır. 

Sənədli detektiv-Avtoqəzalar 
Son illərdə Azərbaycanda, xüsusən də paytaxt Bakıda avtomobil qəzalarının sayının xeyli çoxalması aydın müşahidə olunur. Təəssüf ki, bu qəzaların əksərilyyəti ölümlə nəticələnir. Demək Olar ki, hər gün televiziya ekranlarında avtoqəzalar haqqında bəd xəbərlər eşidirik. Araşdırmalar göstərir ki, Bakı şəhəri avtoqəzaların sayına görə, MDB ölkələrinin paytaxtları arasında, Moskvadan sonra ikinci yerdə qərarlaşır. Qəzaların 70-75 faizi məhz paytaxtda törədilir. Avtomobil qəzaları niyə çoxalıb və bunun əsas səbəbləri hansılardır! “Sənədli detektivdə”  bu hadisələrin səbəbləri araşdırılır. 
 
“Ağ ölüm tranziti”5 seriyalı bədii film 
Narkotiklərin qanunsuz dövriyyəsi hazırda bütün bəşəriyyətin gələcəyini təhdid edən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən biridir. Ən mənfəətli kriminal sahələrdən olan narkobiznesdən əldə ollunan gəirlər digər transmilli cinayətlərə, eləcə də terrorçuluğunmaliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Azərbaycana qarşı birbaşa narkotiklərdəngələn təhlükənin mənbəyi Əfqanıtanda bu bizneslə məşğul olannarkoşəbəkədir. Son illər ərzində həyata keçirilən əməliyyat -axtarış tədbirləri, eləcə dəəldə edilən faktların təhlili Əfqanıstandan Azərbaycana, burdan isə Avropa və dünyanın digər ölkələrinə narkotiklərin daşınması işində kuryer qismində əksər hallarda İran vətəndaşları çıxış edir. Ümumən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində son dövrlərciddi irəliləyişlərənail olunub. narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib,transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan , Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan ,İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilib,cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb. filmdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədən söhbət açılır.   

Bakı vaxtı
1. Bakı vaxtı. Dəmiryolu vağzalı.
Bakı dəmiryolu vağzalının tikilməsi tarixi,
 
2. Bakı vaxtı. Qoşa qala qapısı.
İçərişəhəri əhatələyən qala divarlarının salınma tarixi, şəhərin müdafiəsində bu  divarların rolu, qala divarlarının bir qatının sökülməsi və s. barədə hekayət.
 
3. Bakı vaxtı. İncəsənət muzeyi.
Bakı varlısı De Burun evi kimi tanınan Azərbaycan Dövlət İncəsənət muzeyi binasının tikilmə tarixi, bu binanın taleyi barədə.
 
4. Bakı vaxtı. 28 may küçəsi.
Bakının qədim küçələrindən biri olan 28 may küçəsinin tarixinə həsr olunacaq
 
5. Bakı vaxtı. Səadət sarayı.
Bakıda M.Muxtarovun evi kimi tanınan və hazırda Səadət Sarayı kimi fəaliyyət göstərən binanın tarixinə dair 

Sənədli filmlər 
Harribaldi ulduzlu partizan
Məmməd Bağırov ikinci dünya müharibəsi illərində İtaliyanın alman faşizmindən azad olunmasında yaxından iştirak edib. Müharibə bitdiyi vaxt döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Müttəfiq qoşunlarının Baş komandanlığı ona Harribaldi ulduzu kovalyeri və şöhrət ordeni mükafatlarını təqdim edib. O, 1983-ci ildə İtaliya dövlətinin dəvəti ilə İtaliyaya gedib və Pioçensa şəhərinin azad olunmasının  40-cı ildönümünə aid keçirilən beynəlxalq simpozyuma qatılıb. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı Məmməd Bağırov da onunla birlikdə keçirilən tədbirlərdə iştirak edib. 

Topoqraf general-İbrahim ağa Vəkilov 
Azərbaycan hərb tarixində müstəsna xidmətləri olmuş topoqrof-general İbrahim ağa Vəkilov Zaqafqaziyada özündən əvvəl və sonra bu sahə üzrə ilk ali hərbi rütbəli mütəxəssis olmuşdur. Onun XX əsrin əvvəllərində hazırladığı xəritə və hərbi planlardan indi də istifadə olunmaqdadır. 

Kəşfiyyat komandiri-Vəzir Orucov 
Əslən Ermənistanlı olan Vəzir Orucov 1956-ci ildə tərtər rayonunda anadan olub. Erməni qəsbkarları Qarabağ torpaqlarına qarşı işğalçılıq müharibəsinə başladığı vaxt könüllü müharibəyə yollanıb. O əvvəlcədən kəşfiyyat komandiri, daha sonra isə batalyon komandiri olub. Vəzir bir neçə istiqamətdə ermənilərin hücum planlarını puça çəxarıb.
Bu filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru Taleh İsmayılov.  

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az