ANALİTİK VERİLİŞLƏR DEPARTAMENTİ
ORTAQ MƏXRƏC»
“Ortaq məxrəc”də siyasətdən mədəniyyətə qədər cəmiyyəti maraqlandıran bir çox mövzular müzakirə olunur . Bu tok-şou cəmiyyətin müxtəlif tərəflərini, təbəqələrini təmsil edənlərin hadisələrə və problemlərə münasibətdə ortaq məxrəcə gəlmək, barış nöqtələri axtarmaq və həqiqətə birgə yaxınlaşmaq meydanıdır. Davamlı aparılan müzakirələr bizim hansı məsələlərdə ortaq məxrəcə gəlib gəlmədiyimizi meydana çıxır.
Aparıcı: Vəsilə Vahidqızı (Zeynalova)
Rejissor: Faiq Kərimov
Redaktor: Anar Yusifoğlu
«ODLAR YURDU» TELEKÖRPÜSÜ
İctimai Televiziyanın Analitik Proqramlar Departamenti ayda bir dəfə olmaqla dünyanın müxtəlif ölkələri ilə telekörpülər hazırlayır. «Odlar yurdu» telekörpüsünün məqsədi Azərbaycanın regionda artan nüfuzunu dünya ölkələrinə çatdırmaqdan ibarətdir. Ortaq yayımlarda siyasi, iqtisadi, sosial, humanitar, diaspor məsələləri və günümüzün ən aktual mövzuları müzakirəyə çıxarılır.
Bu vaxta qədər Türkiyə, Gürcüstan, Belarus, Qırğızıstan, Estoniya, Krım (Ukrayna), Rusiyanın ayrı-ayrı federal subyektləri, respublikaları və digər ölkələrlə onlarla analoci proqramlar hazırlanıb. Müasir texnologiyanın ən yeni nailiyyətlərindən yararlanmaqla dünyanın müxtəlif coğrafi məkanında yerləşən ölkələrin TV-ləri ilə də müştərək telekörpülərin hazırlanması üzərində hərtərəfli işlər davam etdirilir, danışıqlar aparılır.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropanın və dünyanın ən mötəbər televiziya korporasiyalarında üzv olması sözgüedən layihənin hazırlanmasında dəstək rolunu oynayır. Bundan başqa, televiziyamızın ayrı-ayrı kanallarla ikitərəfli əlaqələri də öz müsbət təsirini göstərir.
Hazırda Azərbaycanın 70-dən çox səfirlik və konsulluqları fəaliyyət göstərir, həmçinin yüzlərlə diaspor təşkilatları və mədəniyyət evləri yaradılıb ki, bu strukturlar da telekörpülərin ərsəyə gəlməsində yaxından iştirak edirlər. Diplomat və diaspora nümayəndələri verilişlərimizə qatılır, qoyulan mövzularla əlaqədar fikirlərini bölüşür, auditoriya iştirakçılarının suallarını cavablandırırlar.
Aparıcı: Telman Məmmədov
Recissor: Raminə Əsədova
Redaktor: Anar Yusifoğlu
«XALQ SEÇIR»
“Xalq seçir” verilişində Azərbaycanda keçirilən seçkilərlə - prezident, parlament və bələdiyyə, habelə referendiumla baglı məsələlər ətrafında müzakirələr aparılır. Siyasi mənsubiyyətindən asılı olmayaraq ekspertlərin hər biri “Xalq seçir”də vətəndaşların seşki biliyinin artırılması yönündə maarifləndirmə işi aparır.
Aparıcı: Telman Məmmədov
Rejissor: Faiq Kərimov
Redaktor: Anar Yusifoglu
«QAN YADDAŞI»
Bu veriliş silsilə xarakter daşıyır, Azərbaycan xalqının tarixinin, düçar oldugu problemlərin televersiyasıdır. Verilişdə əsasən XX-XXI-ci əsrdə xalqımızın üzləşdiyi haqsızlıqlar, torpaqlarımızın işgalı ilə baglı tarıxı faktlar yada salınır, müasir Azərbaycan tarixinin özəllikləri ciddi şəkildə araşdırılır.
“Qan yaddaşı” təkcə xalqın yaddaşının təzələnməsində deyil, həm də mühüm tarixi faktların üzə çıxmasında əvəzsiz rol oynayır.
Redaktor: Anar Yusifoglu
Rejissor: Raminə Əsədova
«ÇARPAZ BAXIŞ»
Azərbaycan parlamentinin cari fəaliyyəti ilə baglı olan bu verilişdə qəbul edilən qanun layihələrinin müzakirəsi aparılır. Həmçinin parlamentin fəaliyyəti, vətəndaş – deputat münasibətlərinin diskusiyası aparılır.
Müəllif: Anar Yusifoglu
Rejissor: Faiq Kərimov
«YEKUN»
“Yekun” həftəlik analitik proqramında həftə ərzində Azərbaycanda və dünyada baş verən mühüm olayların təhlili təqdim olunur. Həftənin hadisəsinə çevrilimiş məqamlar yaradıcı heyət tərəfindən analiz edilir. Eyni zamanda qonaqların müəyyən hadisə ilə bağlı qənaətləri tamaşaçının diqqətinə çatdırılır.
Müəllif: Anar Yusifoglu
Rejissor: Faiq Kərimov, Tofiq İbrahimov
Xəbər lenti
-
11 Fevral, 2012
«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib -
11 Fevral, 2012
Günəş Abbasova Belarusun Milli Finalındakı mahnısını təqdim edib -
11 Fevral, 2012
Bu gün 3 ölkə Eurovision təmsilçisini elan edəcək -
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək" -
11 Fevral, 2012
Prezident İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib -
11 Fevral, 2012
Tovuz rayonunda torpaq sürüşməsi baş verib -
11 Fevral, 2012
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 20 il keçir -
11 Fevral, 2012
Azərbaycan İrəvanın tarixi mərkəzinin bərpası üçün Ermənistana köməyini təklif edib
1
xəbər sayı
1 - 8
və
3794






