MUSİQİ, BƏDİİ VƏ ƏYLƏNCƏLİ VERİLİŞLƏR DEPARTAMENTİ
"Səhər Sovqatı"
Ədəbi bədii, musiqili, maarifləndirici veriliş. Hər bazar 08.00-dan 10.00-a kimi efirə gedir. Ölkənin tanınmış ziyalıları, edibləri, rəssamları, tanınmış ziyalılar dəvət olunur və onların yaradıcılığından söhbət açılır. Xalq mahnıları muğam parçaları və təsniflər təqdim edilir.
Aparıcı: Nərgiz Nəzərli
Rejissor: Aydın Əsədulla
Redaktor: Əli Aslanoğlu
"Qadın Dünyası"
Proqramda qadınlara aid olan müxtəlif problemlər və məsləhətlər müzakirə olunur. Verilişə müxtəlif sahələrdə çalışan xanımlar dəvət olunurlar. Ənənəvi aktual rubrikasında mövzu açılır və həllinə çalışılır. Proqramı hər həftənin şənbə günü 18:20 - də birbaşa İctimai televiziyanın efirindən izləyə bilərsiz.
Aparıcı-Leyla Quliyeva
Rejissor-Könül Əlizadə
“Yaradıcılıq gecəsi”
İctimai Televiziyanın populyar verilişlərindən biri olan «Yaradıcılıq gecəsi»də bu zamana qədər İslam Rzayev, Oqtay Rəcəbov, Əlibaba Məmmədov, Bəxtiyar Vahabzadə, Cavanşir Quliyev, Azər Balaşoğlu, Ramiz Mirişli, Arif Babayev kimi bir sıra görkəmli sənətkarlar qonaq olub. Həftənin 5-ci günləri efirdə gedən bu iki saatlıq proqramda Azərbaycan mədəniyyətinin ən gözəl nümunələri layiqi şəkildə təbliğ olunur.
Aparıcı: Leyla Quliyeva
Rejissor: Salam Məmmədəliyev
“Xalq mahnıları”
Proqram həm İctimai Televiziyada, həm də Radioda canlı yayımlanır. Verilişdə Azərbaycan xalq mahnılarının əsas xüsusiyyətləri, yaranması, ifaçıları, toplanması, qədim və yaşı bilinməyən, eləcə də müəllifi məlum olan “xalq mahnıları” haqqında söhbət açılır. Tamaşaçı və dinləyicilərə mütəxəssis fikri ilə yanaşı, xanəndə və müğənnilərimizin ifaları da təqdim olunur. Veriliş hər həftənin şənbə günü, saat 14:15-də canlı efirdədir.
Aparıcı: Pərvanə Nadirqızı
Rejissor: Aqil Çovdarov
Email: xalqmusiqisi@itv.az
“Retro Musiqi”
Verilişi izləməklə korifey sənətkarları tanımaq, bəstəkarların bəstələdiyi mahnıları, kinoflimlərə yazılmış musiqiləri dinləmək və eşitmək imkanınız olacaq. Sənətkarların və bəstəkarların həyat və yaradıcılıqlarından da məlumat almaq şansınız var. Cümə axşamı 23:15 - də baxmağa unutmayın.
Aparıcı-Pərvanə Nadirqızı
Rejissor-Salam Məmmədəliyev
"Ustad dərsi"
Şifahi, ənənəvi, professional xalq musiqimiz olan muğamların təbliği
Verilişdə dəvət olunan professional xanəndələr öz tələbələri ilə muğamlarımızı tədris edirlər, tamaşaçılar da əyani şəkildə həmin muğam dərslərini həm izləyir, həm də maariflənirlər.
Aparıcı: Könül Arifqızı
Rejissor: Aqil Çovdarov
Musiqi redaktoru: Natiq Abdullayev
“Geniş Formatda”
Azərbaycan kinoflimlərinin yaranma tarixindən bəhs edən bir verilişdir. Süjet xəttinin yaranması, çəkiliş məkanı, rejissor yozumu, aktyor ansamblı filmin üzə çıxmasına təkan verir.
Müəllif və rejissor - Nəsimi Məmmədoğlu
“Ozan Məclisi”
Hət həftənin şənbə günü 23:15 – də saz-söz həvəskarlarını ekran qarışısına dəvət edirik. Bu verilişdə Siz klassik aşıq musiqisindən nümunələrə baxacaq, şifahi xalq ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış olacaqsınız.
Ssenari müəllifi: Qərənfil Xəlilova
Aparıcılar: Zülfiyyə İbadova,Mübariz Əliyev
Rejissor: Aqil Çovdarov
Xəbər lenti
-
11 Fevral, 2012
«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib -
11 Fevral, 2012
Günəş Abbasova Belarusun Milli Finalındakı mahnısını təqdim edib -
11 Fevral, 2012
Bu gün 3 ölkə Eurovision təmsilçisini elan edəcək -
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək" -
11 Fevral, 2012
Prezident İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib -
11 Fevral, 2012
Tovuz rayonunda torpaq sürüşməsi baş verib -
11 Fevral, 2012
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 20 il keçir -
11 Fevral, 2012
Azərbaycan İrəvanın tarixi mərkəzinin bərpası üçün Ermənistana köməyini təklif edib
1
xəbər sayı
1 - 8
və
3794






