GƏNCLƏR, ELM VƏ TƏHSİL DEPARTAMENTİNİN VERİLİŞLƏRİ
"Aləm Ailəm"
Milli düşüncəmizin dastan yaddaşı olan Dədə Qorqod və Koroğlu dastanlarında ən müqəddəs anlayış ailəyə hörmət və millətin bu dəyəri ilə gələcəyə baxışıdır. İctimai Televiziya Azərbaycanın bütün bölgələrini əhatə edən üç mindən çox ailə arasında ən yaxşı örnəkləri təqdim edir. Milli genefondumuzun çələngi - sağlam ənənəyə bağlı, intellektual və müasir düşüncəli ailə nümunələrimiz "Aləm Ailəm" layihəsindətəqdim olunur.
Layihənin rəhbəri: İsmayıl Ömərov
Redaktor: Cəsarət Valehli
Aparıcı: Füzuli İsmayılov
Quruluşçu rejissor: Vahid Quliyev
"Addım addım"
Aparıcı: Ruhəngiz Mehmanqızı
Rejissor: Ruslan Hüseynov
"Uşaqların şəhəri"
Aparıcı: Kamran İsrafilov
Rejissor: Bilal Qasımov
«ŞƏRQƏ DOĞRU»
Günəş Şərqdən doğur. Şərq – nurun mənbəyi, Peyğəmbərin vətəni, mədəniyyətlərin beşiyidir. Şərq-sirlər xəzinəsi, arzular dünyası və xəyallar məskənidir. Əlifba və kağız burada yaranmış, elm və bilik buradan qaynaqlanmış, şer və sənət bulağı buradan çağlanmışdır. Biz günəşi qarşılamaq üçün Şərqə doğru gedirik. Siz də bu nurdan pay almaq istiyirsinizsə, İctimai Televiziyada ” Şərqə doğru “ proqramını izləməyi unutmayın.
Müəllif: Natiq Rəhimov
Rejissor: Rəşad Fikrətoğlu
"Biri var imiş, biri yox imiş"
“Biri varmış, biri yoxmuş” verilişi azyaşlı uşaqlar üçün nəzərdə tutulub. Bu verilişdə balacalara müxtəlif mövzularda məlumatlar verilir, hekayələr, nağıllar danışılır. Həmçinin uşaq hüquqları, yol hərəkəti qaydaları, vətənpərvərlik, sağlamlıq, etiket qaydaları, ölkəmizin tarixi və sair mövzularda söhbət açılır. Verilişdə bu məlumatları balacalara öz şirin dili ilə Aytəkin bacı və Ucal catdırır. Verilişin sonunda balaca tamaşaçılara ən maraqlı cizgi filmləri təqdim olunur.
Verilişin aparıcıları: Aytəkin Nəsirova və Ucal
Rejissoru: Rəşad Əliyev
«BİOALƏM»
Həyatın darıxdırıcı axarından qaçıb, yaşadığınız aləmi öyrənərək dincəlmək istəyirsininizsə “BİOALƏM” verilişinə baxın!
Azərbaycanın eləcə də dünyanın müxtəlif yerlərinin təbiəti- onun bitki və heyvanat aləminin bir-birindən maraqlı rəngarəng görüntüləri,
möcüzələri və sirləri, hər birimizə zəruri olan təbiət bilgiləri,
yaşadığımız mühitin ekoloji durumu və problemləri,
mütəxəssislərin və ekspertlərin araşdırmaları, fikirləri və məsləhətləri, müxtəlif rubrikalar və sujetlər “Bioaləm” verilişində.
Hər həftənin bazar günü saat 17:15-də izləyə bilərsiniz.
Beləliklə təbiətlə bağlı suallarınıza cavab tapmaq istəyirsinizsə, “Bioaləm” verilişinə baxın!
Redaktor: Kamil İsmayılov
Rejissor: Ruslan Hüseynov
E-mail: bioalem@itv.az
«İMTAHAN»
“İmtahan” telelayihəsində böyüklər məktəblilərin sualları əsasında rəmzi olaraq imtahana çəkilirlər. Bu verilişin məqsədi dövlət məmurları, siyasətçilər, millət vəkilləri, səfirlər, xalq artistləri, ümumiyyətlə məşhur şəxsləri məktəblilərə yaxınlaşdırmaq, onlara uşaqları unutmamağı xatırlatmaqdır. Qonaq sonda ən maraqlı sual sahibini seçir və sualın müəllifinə oxuduğu məktəbində, sinfindəcə hədiyyə təqdim edir. “İmtahan”da qonaqlara qiymət yazılmır. Çünki bu verilişdə artıq qiymətini alan məşhurlar imtahana çəkilirlər.
Müəllif: Rəşad Cəfərov
Aparıcı: Orxan Hüseynli
Rejissor: Vahid Quliyev
E-mail: imtahan@itv.az
Xəbər lenti
-
11 Fevral, 2012
«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib -
11 Fevral, 2012
Günəş Abbasova Belarusun Milli Finalındakı mahnısını təqdim edib -
11 Fevral, 2012
Bu gün 3 ölkə Eurovision təmsilçisini elan edəcək -
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək" -
11 Fevral, 2012
Prezident İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib -
11 Fevral, 2012
Tovuz rayonunda torpaq sürüşməsi baş verib -
11 Fevral, 2012
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 20 il keçir -
11 Fevral, 2012
Azərbaycan İrəvanın tarixi mərkəzinin bərpası üçün Ermənistana köməyini təklif edib
1
xəbər sayı
1 - 8
və
3794






