Arxiv
first first İyul, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
Baş səhifə | DEPARTAMENTLƏR | Gənclər, elm və təhsil verilişləri | “Xəmsə” intellektual oyun layihəsi

“Xəmsə” intellektual oyun layihəsi

Şrift ölçüsü: Decrease font Enlarge font
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşəbbüs qrupu tərəfindən hazırlanmışdır. 
Layihəyə 2 fevral 2007-ci il tarixində, Azərbaycan Gənclər günündə keçirilmiş təqdimat ilə start verilmişdir.
“Xəmsə” intellektual oyun layihəsi Azərbaycan Respublikasının bilikli və qabiliyyətli gəncliyinə özünü göstərmək üçün unikal imkan verir.

Kamal, məntiq, dünyaqörüşü – Xəmsədə qalibiyyət üçün vacib olan ammillərdir.

“Xəmsə” layihəsinin məqsədi – uşaq və gənclər hərəkatının inkişafına dəstək olmaq, İntellektual hərəkatın inkişafı və dəstəklənməsi, biliklərin oyun şəklində əldə edilməsinə yönəlmiş vahid ümummilli sistemin yaradılması.
Qeyri-kommersiya və sosial-təhsil layihə olan “Xəmsə” oyunu Azərbaycan Respublikasının təhsilinə, mədəniyyətinə və iqtisadiyyatına uzunmüddətli investisiyalardır. Və, bu gün “Neft qızılının insan qızılına” çevrilməsi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan edilmiş prioritet istiqamətlərdəndir və gənclərin əqli-mədəni və vətənpərvərlik ruhunda yetişdirilməsi dövlətin xüsusi qayğı obyektidir.
2007-ci ilin mart-aprel ayları ərzində “Xəmsə” oyunu üzrə birinci ümummilli çempionatının Azərbaycanın bütün regionlarında seçim turları keçirilmişdir. Seçimdə 600-dən çox komanda iştirak etmişdir. 2007-ci ilin 26-29 may tarixlərində Bakıda keçirilən final hissəsində ölkənin 9 regionunu təmsil edən 16 komanda iştirak etmişdir. Bu tədbir telelayihə kimi hazırlanmasa da İTV-nin dəstəyi ilə 5 verilişdən ibarət bir silsilə hazırlamışdır. 
2009-cu ilin sentyabr-oktyabr aylarında yuxarı sinif məktəbliləri (14-17 yaşlılar) arasında çempionatın keçirilmişdir. Bu çempionatda artıq Azərbaycanın 18 regionunu təmsil edən (Bakı, Şuşa, Sumqayıt, Quba, Dəvəçi, Ucar, İsmayıllı, Ağdaş, Lənkəran, Masallı, Göy-göl, Yevlax, Oğuz, Şəki, Balakən, Göranboy, Bərdə və Şirvan). 24 komandanın iştirakı ilə 10 veriliş çəkilib.


“Xəmsə” verilişi hər həftənin bazar günü saat 19:00 efirə çıxır.

2009-cu ilin mart-aprel aylarında gənclər (17-35 yaşlılar) arasında növbəti, artıq 4-cü çempionatin keçirilməsi nəzərdə tutulub. Seçim turların harda və hansı şərtlər ilə keçirilməsi haqda əlavə məlumat burada yerləşdiriləcək!

FOTOSESSİYA
© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az