Arxiv
first first Mart, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
Baş səhifə | DEPARTAMENTLƏR | Xüsusi layihələr | XÜSUSİ LAYİHƏLƏR DEPARTAMENTİ

XÜSUSİ LAYİHƏLƏR DEPARTAMENTİ

Şrift ölçüsü: Decrease font Enlarge font
 

”Sözün sehri”
Azərbaycan ədəbiyyatının ən görkəmli şair və yazıçıları haqqında 30 dəqiqəlik tele-ensiklopedik verilişdir. Verilişdə, haqqında söhbət açıllan ədəbiyyat xadiminin ən məşhur əsərlərindən epizodlar səsləndirilir, canlandırılır. Şairlərin ən gözəl şeir və poemaları aktyorların ifasında efirə verilir....

Müəllif: Rafiq Səməndər
Rejissor: Əminə Asifqızı

 

“V.I.P.” proqramında müxtəlif ölkələrin respublikamızdakı səfirləri ilə müsahibəyə, onların təmsil etdikləri ölkələr haqqında məlumatlara geniş yer verilir. Ayrı-ayrı xalqların mədəniyyəti, milli mentaliteti, həyat tərzi, musiqisi barədə məlumatlar istər-istəməz maraqla qarşılanır.

Proqramın müəllifi Qərənfil Xəlilova
Operatoru Manaf Quriyev,
Montaj rejissoru Elşad Rasimoğludur.

 

”Bir kəndin nağılı”
Azərbaycanın ən görkəmli ziyalılarının doğulub boya-başa çatdığı kəndləri haqqında kiçik bir tele-nağıl. Kəndinin tarixi, dünəni-bu günü haqqında elə öz kəndinə kameralarımızla qonaq gedən ziyalıların özü söhbət açır, bələdçilik edir. Kəndin tanınmış insanları haqqında məlumat veririk. Kəndin dağları, bulaqları, meşələri çəkilib göstərilir. Bir sözlə, bir kənd haqqında tamaşaçıya bir tele-nağıl danışılır.

Müəllif: Natiq Babayev Qubadoğlu
Rejissor: Zamiq Əlövsətoğlu

 

Ayda iki dəfə efirə çıxan «Saz havaları» verilişində respublikamızın tanınmış aşıqlarının ifasında saz havaları və aşıq mahnıları tamahaçılara təqdim olunur.

Redaktor Qərənfil Xəlilova, rejissor Könül Əziz,
Rejissor assistentləri Aqil Çovdarov və Araz Məmmədli.

 

Ayda iki dəfə şənbə günləri isə siz “Ozan məclisi”ndə aşıq sənətimizin incəliklərinin təhlil olunduğu söhbətlərin qonağı olacaqsiniz. Proqramda aşıq musiqisinin,saz havalarının təbliğinə geniş yer verilir.

Verilişin ssenari müəllifi
Qərənfil Xəlilova,
Aparıcıları Şair Barat Vüsal və musiqişünas Mübariz Əliyev,
Rejissoru Könül Əziz, Aqil Çovdarov,
Rejissor assistentləri Aynurə Seyidzadə, Araz Məmmədlidir.


 

“Ötən Günlərimi qaytara bilsəm” verilişi ayda 2 dəfə efirə çıxır.
Verilişdə Sovet dövrünün 70-80-cı illərinin görkəmli şəxsiyyətləri, Sosialist Əməyi Qəhramanı,alim və yazıçıların, ziyalıların ömür yolundan bəhs olunur. Ötən illərin acılı-şirinli xatirələrindən söhbət açılır,keçmişin həqiqətlərinə aydındıq gətirilir.

Verilişin müəllifi Şamama Qəhrəmanova,
Rejissoru Könül Muradəliyeva,
Prodüseri Sürəyya Abbasovadır.
 

«Dəbdən-dəbə» verilişi qadın maraqlarını əhatə edən həftəlik əyləncəli tok-şoudur. Verilişin əsas məqsədi qadınları maarifləndirmək, düzgün istiqamətə yönəltmək, eyni zamanda düşündürmək, milli, mədəni də ümumbəşəri dəyərləri aşılamaqdir. Verlişin auditoriyası, bütün yaş hədləri olan qadınlardır. «Dəbdən-Dəbə» verilişi hər həftənin şənbə günü saat 18.15- də canlı olaraq yayımlanır.

Müəllif və aparıcı Sevinc Muradova,
Rejissor Könül Muradəliyeva,
Rejissor assistenti Araz Məmmədli.

 

Fədailər silsilə sənədli filmlərində 1920-ci ildən başlayaraq Azərbaycan ziyalılarına qarşı həyata keçirilən təqiblər və onların yaşadığı acınacaqlı tale işıqlandırılır. Yaradıcılığı və fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilən bu ziyalılar dövrün totaritar rejimi tərəfindən təqib və təzyiqlərə məruz qalmış, tarixi fürsəti yaxalayan ermənilər isə Azərbaycan ziyalılarını ölkədən sürgün etməkdə və qətlə yetirməkdə xüsusi səy göstərmişlər. İctiamai televiziyanın bu layihəsi Azərbaycan ziyalılarına qarşı həyata keçirilən sürgün və təqibləri tarixi sənədlər və faktlar əsasında tamaşaçılara çatdırır.
Ssenari müəllifləri Mahir Qəribov, Sərvər Bayramov,
Rejissoru Nuranə Tofiqqızı
Rejissor assisenti Aynurə Seyidzadədir.
 

Azərbaycanımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən “Azərbaycan palitrası” verilişinin məqsədi mədəniyyət və incəsənətimizin gözəııiklərini, zənginliyini təbliğ etmək, xalqımızın mənəvi irsinin qorunmasının vacibliyini əsaslandırmaqdır.

Müəllif Dilşad Abbasəliqızı, rejissoru Nuranə Axundova,
Rejissor assistenti Aynurə Seyidzadə. 2008- ci ilin fevralından veriliş studiya formatında efirə çıxır.
Ssenari müəllifi Nuranə Tofiqqızı,
Rejissoru Aqil Çovdarov,
Rejissor assistenti Araz Məmmədlidir

 

Vətənimiz yeraltı və yerüstü sərvətləri kimi maddi-mədəni abidələri ilə də zəngindir. Hər daşında bir tarix yatan bu abidələrimiz xalqımızın, torpağımızın qədimliyindən xəbər verən dəyərli mənbələrdir. Dərbənddən- Həmədana, Borçalıdan- Təbrizə, Naxçıvana qədər min illərdir uluların bizə yadigar qoyduqları qiymətli abidələrimizin hər biri xalqımızın keçdiyi tarixi yoldan xəbər verir.
“Tarixi abidələr” verilişi də Azərbaycanın müxtəlif bölgələrində, şəhər və kəndlərində mövcud olan maddi və mənəvi irsimizin bu zəngin töhfələrini öyrənməyi, qorumağı və təbliğ etməyi qarşısına məqsəd qoyub. Borçalı, Dərbənd, Naxçıvan abidələrinə həsr olunan silsilə verilişlər tamaşaçılara təqdim edilib. “Tarixi abidələrimiz” min illərin arxasından keçmişimizi də bizlərə tanıdır.

Verilişin ssenari müəllifi və aparıcısı Mahir Qəribov,
Rejissoru Nuranə Tofiq qızı,
Rejissor assisenti isə Aynurə Seyidzadədir.


 

Azərbaycanın görkəmli şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin, alim və yazıçıların həyat və yaradıcılığından, fəaliyyətindən bəhs edən bir verilişdir.
Verilişdə Azərbaycan Dövlət Arxivinin, qəhrəmanların ailə arxivinin materiallarından, həmçinin videomateriallardan istifadə olunur. Onların ömür yolu təhlil edilir. SSRİ xalq memarı Mikayıl Üseynov, professor İsmayıl Babayev, akademik Həmid Araslı və başqaları haqqında verilişlər bu qəbildəndir.

Verilişin müəllifi Şamama Qəhrəmanova,
Rejissoru Könül Muradəliyeva.

 

“Haqqım var ki, öyünüm” silsiləsindən görkəmli şəxsiyyətlərə həsr olunmuş filmlərdə tamaşaçılara tarixi keçmişimiz barədə real həqiqətlərdən, ayrı-ayrı insanların nəsillərə örnək olan əməllərindən söhbət açılır. Məqsəd tamaşaçılara vətənpərvərlik, milli təəssübkeşlik, milli qeyrət ruhu aşılamaq, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini təhlil etmək, tarixin ibrət dərslərini diqqətə çatdırmaqdır.

Proqramın müəllifi Qərənfil Xəlilova,
Operatoru Manaf Quriyev,
Montaj rejissoru Elşad Rasimoğludur.

 

© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az